Salto-Youth Avropa İttifaqı tərəfindən dəstəklənən və resurs sistemindən ibarət şəbəkədir. Salto layihələrində fərqli ölkələrdə baş tutan təlim kurslarına, konfranslara və seminarlara müraciət edə bilərsiniz. Müraciət etməzdən əvvəl saytda qeydiyyatdan keçməlisiniz. Salto-Youth layihləri çərçivəsində bütün xərclər (səyahət xərcləri, yaşayış, yemək xərcləri, viza xərcləri, bir sözlə sizin bütün qeyri-şəxsi xərcləriniz) həmin ölkənin milli agentliyi tərəfindən qarşılanır.
Təlimlər, seminarlar və konfranslar Milli Agentlik və Qeyri-Hökumət Təşkilatları tərəfindən təşkil edilir. Salto layihələri üçün fərdi müraciətlər qəbul edilmir. Sizi göndərən təşkilatınız (sending organization) olmalıdır. Göndərən təşkilat (sending organisation) gedəcəyiniz layihədə təmsil etdiyiniz qurumdur.
Salto-Youth platformasının məqsədi təmsil etdiyiniz təşkilatla digər iştirakçıların təşkilatları arasında şəbəkə yaratmaqdır. Bu, gələcəkdə qurduğunuz şəbəkə ilə tərəfdaşlıq quraraq öz layihələrinizi yaratmağınıza yol açır. Bu səbəblə Salto layihələrində və ya iştirak etdiyiniz digər layihələrdə iştirakçılarla ünsiyyət qurmaq və bu ünsiyyəti davam etdirmək əhəmiyyətli mövqeyə malikdir.
Qeyri-Hökumət Təşkilatları (QHT), Gənclər Mərkəzləri, Gənclər Assosiasiyaları və Federasiyaları Göndərən təşkilat ola bilər. Salto- Youth layihələrinə müraciət etməzdən əvvəl hər hansı təşkilata üzv olmalısınız. Salto layihələri üçün müraciət edərkən bütün məlumatları tam şəkildə doldurmalısınız. Əgər natamam doldursanız, təəssüf ki, qəbul olunmaq şansınız olmayacaq. Salto-Youth layihələri, əsasən, uşaqlar, qocalar, əlillər, incəsənət və idman, sosial məsuliyyət, gənclərin işsizliyi ətraf mühit və qaçqınlarla bağlı olur.
Bu layihələrə necə müraciət edə bilərsiniz?
Əvvəlcə sizə uyğun olan layihəni tapmalısınız. Bunun üçün Salto-youth-un saytına daxil olub Find training offers bölməsinə girməlisiniz.

Salto Youth saytında dərc edilmiş müvafiq təlim kursu elanını tapdıqdan sonra onu diqqətlə araşdırmalısınız. Hansı ölkələrin iştirak edə biləcəyini, müraciət tələblərini, layihə mövzusunu və uyğun ərizəçilər bölməsində uyğunluğunuzu yoxladıqdan sonra sağdakı “Apply now”- “İndi müraciət et” seçimindən müraciət etmək üçün ilk addımı ata bilərsiniz.
Əgər əvvəllər sistemin üzvü deyilsinizsə, sizdən qısa məlumat təqdim etməyiniz və istifadəçi adı və şifrənizi təyin etməyiniz xahiş olunacaq.
Tətbiq hissəsinə gəldiyiniz zaman hər bir layihə üçün fərqli suallarla qarşılaşacaqsınız. Ümumi olaraq, aşağıdakı tipli suallar qarşınıza çıxacaqdır.Describe shortly the main activities of your organisation:
– Qısa müddətli Salto- Youth təlimlərində göndərən təşkilat (sending organisation) tələb olunmur. Bununla belə, bir təşkilatı dəqiqləşdirmək və təşkilatın əsas fəaliyyətlərini yazmaq faydalı olardı. Belə ki müəllimlər üçün məktəblər, gənclər və gənclər təşkilatında çalışanlar üçün birliklər-fondlar uyğun təşkilatlardır.Describe shortly your role / position in the organisation:
– Qeyd etdiyiniz təşkilatda rolunuz nədir? Əgər üzv və ya idarə heyətindəsinizsə, bunu ətraflı qeyd edin. Təşkilatdakı fəaliyyətiniz barədə qısa məlumat verməyiniz də faydalı olardı.Experience: What kind of youth activities do you do and how long? –
Bu sualda təcrübələriniz haqqında məlumat verəcəksiniz. Gənclərlə bağlı hansı fəaliyyət növləri ilə məşğul olduğunuzu və bu fəaliyyətlərdə nə qədər müddət ərzində iştirak etdiyinizi ətraflı izah etmək faydalı olardı. Bu bölmədə keçmişdə iştirak etdiyiniz layihələri qısaca qeyd etmək vacibdir.Experience: Have you ever been part of an international activity? Was it related to the YOUTH / Youth in Action Programme?:
– Bu sualda siz əvvəllər hər hansı beynəlxalq fəaliyyətlə məşğul olmusunuz və bu fəaliyyət gənclərlə ilə bağlı idimi? sualına cavab verəcəksiniz.Motivation: Why do you want to attend this training course? –
Bu sualda siz bu layihəyə niyə müraciət etmək istədiyinizi və motivasiyanızı izah edəcəksiniz. Burda elanda göstərilən mövzu və məqsədlərə istinad edərək fikirlərinizi yazmaq daha faydalı olacaqdır. Məsələn, təbiət mövzulu təlim kursu üçün ətraf mühit siyasətini və təbiətlə bağlı motivasiyanızı izah edərək xüsusiyyətlərinizi vurğulaya bilərsiniz. Əgər siz qeyri-formal təhsil mövzusunda təlim kursuna müraciət edirsinizsə, müəllim və ya pedaqoqusunuzsa, bunu vurğulaya bilərsiniz.Motivation: Why does your organisation want you to attend? –
Təşkilatınız niyə bu layihədə iştirak etməyinizi istəyir? Bu bölmədə siz təşkilatınızın vizyon və missiyasına istinad edərək təhsilin təşkilatınıza verdiyi töhfələrdən danışa və qurumdakı rolunuzu vurğulaya bilərsiniz.Submit Your Application: –
Bu düyməni klikləməklə ərizənizi tamamlaya bilərsiniz. Təsdiq etməsəniz, müraciət etmiş sayılmayacaqsız.
Qeyri-Hökumət Təşkilatları, Assosiasiyaları və Vəqflərində işləmək sizi SALTO-YOUTH tətbiqlərində bir addım irəli aparacaq. Qeyri-hökumət təşkilatlarında aktiv fəaliyyətə ən qısa zamanda başlamaqla, könüllülük fəaliyyəti ilə məşğul olmaqla şəxsi inkişafınıza əhəmiyyətli töhfə verə və beynəlxalq layihələrdə daha asan iştirakınza şərait yarada bilərsiniz.
Müraciət zamanı aşağıdakı məqamlara xüsusi diqqət edin:
- Dəqiq məlumat verin, fəaliyyətinizi şişirtmədən danışmağa diqqət edin.
- Düzgün orfoqrafiya qaydalarından istifadə edin. Özünü düzgün ifadə edən cümlələrin qurulmasına diqqət yetirmək və durğu işarələrindən düzgün yerdə istifadə etmək, qəbul edən təşkilatın formu diqqətlə doldurduğunuzu düşünməsinə səbəb olacaq.
- Əvvəllər iştirak etdiyiniz fəaliyyətlər barədə geniş məlumat verin.
- Rəsmi dildən əlavə səmimi bir dildən istifadə edin. Siz onları rəsmi layihələr kimi təsəvvür etsəniz də, bu layihələr səmimiyyətlə davam edir. Qoşulduğunuz zaman görəcəksiniz ki, əsas məqsəd hər zaman gənclərin həmrəylik içində olmasına kömək etməkdir. Ona görə də sizə mümkün qədər səmimi bir dildən istifadə etməyi tövsiyə edirəm, amma bu o demək deyil ki, çox rahat şeylər yaza bilərsiniz, bir az rəsmiyyət olmalıdır.
- Layihəni başa vurduqdan sonra öz təşkilatınıza və ölkənizə necə töhfə verə biləcəyinizi qeyd edin.
- “Fərqli xüsusiyyətləriniz” haqqında danışa bilərsiniz. Təcrübəli olduğunuz bir bacarıq və ya sahə varsa, bu barədə danışa bilərsiniz. Onların axtardıqları gənclər sosial cəhətdən fərqlənən gənclərdir və özünüzü nə qədər çox sosial göstərsəniz, qəbul olunma şansınız bir o qədər çox olar.