Komandamız hər gün bir az daha böyüyür.Bu dəfə satış komandamıza 2 yeni namizəd axtarışındayıq!
🔎 Vakansiya – Satış üzrə mütəxəssis
Öhdəliklər:
– Təlim və xidmətlərimizin satışını həyata keçirmək
– Potensial müştərilərlə əlaqə yaratmaq və ehtiyaclarını təhlil etmək
– Korporativ və fərdi müştərilər üçün təkliflər hazırlamaq
– Satış planlarını və hədəfləri yerinə yetirmək
– CRM sistemində gündəlik məlumatların işlənməsi
– Satış komandası ilə birlikdə kampaniyalar təşkil etmək
Tələblər:
– Minimum 1 il satış sahəsində təcrübə (İT və ya təlim sahəsində üstünlükdür)
– Yüksək ünsiyyət bacarığı və inandırma qabiliyyəti
– Aktiv, nəticəyə fokuslanmış və məsuliyyətli olmaq
– Ofis proqramlarında sərbəst işləmək bacarığı
– Azərbaycan dili (səlis), rus və ya ingilis dili (arzuolunandır)
🔎 Vakansiya – Satış üzrə təcrübəçi
Təcrübə müddətində nə öyrənəcəksiniz?
– Müştəri ilə ilkin əlaqənin qurulması
– Təkliflərin hazırlanması və təqdimatı
– CRM sistemindən istifadə
– İT sahəsində məhsul və xidmətlərin təqdimatı
– Komanda ilə işləmək və hesabat vermə bacarığı
Səndən gözlədiklərimiz:
– Yaxşı danışıq və ünsiyyət bacarığı
– Təşəbbüskar və öyrənməyə açıq olmaq
– Minimum 3 ay təcrübə keçmək imkanı
– Tələbə və ya yeni məzun olmaq (İqtisadiyyat, Biznes, Marketinq və s. sahələrdən)
Nə təklif edirik?
– Sabit əmək haqqı + bonus sistemi
– Professional komanda və dəstək
– Rəsmi əmək müqaviləsi
– Karyera yüksəlişi üçün imkanlar
– Təlim və özünüinkişaf mühiti
CV-lərinizi uyğun başlıqla hr@idtech.edu.az ünvanına göndərə bilərsiniz.