spot_img
Ana SəhifəÖnəmli“Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinar
spot_img

“Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinar

“Elsevier” şirkəti tərəfindən tədqiqatçılar üçün “Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinarlar keçiriləcəkdir.

Vebinarlarda iştirak edərək
•⁠ ⁠yeni biliklər qazana və ya tədqiqat sahəniz üzrə bilikləri dərinləşdirə bilərsiniz;
•⁠ ⁠fənlərarası əməkdaşlıq imkanları ilə tanış ola bilərsiniz;
•⁠ ⁠yeni və aktual tədqiqat imkanlarını və gələcək araşdırmalar üçün perspektivli sahələri müəyyən edə bilərsiniz;
•⁠ ⁠potensial tədqiqat tərəfdaşlarını və əməkdaşlıqları müəyyən edə bilərsiniz.

Vebinarlar 2 sessiyadan ibarətdir.

1-ci sessiya: Universitet (akademik) kitabxanaçıları və tədqiqatçılar üçün “Scopus AI” alətinin effektiv inteqrasiyası
📅 Tarix: 26 noyabr 2024
🕒 Vaxt: 13:00 (AZT)
Təlim dili: İngilis


Vebinarda Varşava Təbiət Elmləri Universitetinin kitabxanaçı və tədqiqatçıları süni intellekt alətindən istifadəyə dair təcrübələrindən bəhs edəcəklər.

2-ci sessiya: Azərbaycanlı tələbə və tədqiqatçılarla “Scopus AI” alətinin dərindən tədqiqi

📅 Tarix: 4 dekabr 2024
🕒 Vaxt: 16:00 (AZT)
Təlim dili: Türk
Təlimçi: Saide Sak


Bu vebinarda “Gen AI” məlumatları ilə dəstəklənən nəticələrdən istifadə edərək məlumat axtarış prosesini sürətləndirmək üçün unikal funksiyalarla bağlı praktik üsullarla tanış olacaqsınız.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar