“SDG Youth Community” sosial məsuliyyət, ekoloji davamlılıq və dayanıqlı inkişaf sahələrində gənclərin maarifləndirilməsi və təşviqi məqsədilə yaradılmış təşəbbüs qrupudur. Bu icma, gəncləri qlobal əhəmiyyət kəsb edən məsələlərə cəlb etməklə onların fərdi və ictimai inkişafına dəstək olmağı hədəfləyir.
Təşəbbüs qrupu müxtəlif yerli dövlət qurumları və özəl sektor nümayəndələri ilə əməkdaşlıq çərçivəsində sosial və ekoloji yönümlü fəaliyyətlər həyata keçirir. Üzvlər bu fəaliyyətlərdə iştirak etməklə yalnız bilik və bacarıqlarını artırmaqla kifayətlənmir, həm də real təcrübə qazanmaq imkanı əldə edirlər.
SDG Youth Community-nin təqdim etdiyi üzvlük kartı, üzvlərə təlimlər, seminarlar və layihələrdə iştirak etmək, eyni zamanda sosial məsuliyyət və ekoloji layihələrdə aktiv rol almaq üçün xüsusi imkanlar yaradır. İcma çərçivəsində keçirilən tədbirlər gənclərin həm də şəbəkələşməsini dəstəkləyir və onları yeni fürsətlərlə tanış edir.
Fəaliyyətində bərabərlik, inklüzivlik və ədalət prinsiplərinə əsaslanan bu təşəbbüs, hər bir üzvün ideya və töhfəsini dəyərli hesab edir. SDG prinsiplərinə uyğun şəkildə, sosial və ekoloji məsuliyyət daşıyan bir cəmiyyət formalaşdırmaq üçün birgə çalışmağı qarşısına məqsəd qoyur.
Üzvlük kartı vasitəsilə təqdim olunan imkanlar:
Təlim, seminar və vorkşoplarda ödənişsiz və ya güzəştli iştirak hüququ
Şəbəkələşmə görüşlərində pulsuz iştirak
Partnyor təşkilat və müəssisələrin xidmətlərindən endirimli faydalanmaq
Ekoloji və sosial təşəbbüslərdə iştirak üçün xüsusi resurslara çıxış
Üzvlük kartının bir illik dəyəri: 40 AZN