Gənclər üçün möhtəşəm fürsət!
Bu il keçiriləcək “SDG Youth Forum II” forumu “Gənclər və Davamlı İnnovasiyalar: Rəqəmsal Transformasiya Dövründə Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” mövzusuna həsr olunacaq. Tədbir çərçivəsində rəqəmsal texnologiyaların, süni intellektin, açıq məlumatların və innovativ startapların Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri əsas müzakirə mövzusu olacaq.
Forumun təşkilində könüllü olaraq iştirak edəcək gənclər üçün unikal imkanlar yaradılır:
Tədbirin təşkilati işlərində birbaşa iştirak
Komanda işi, liderlik və kommunikasiya bacarıqlarının inkişafı
Rəqəmsal transformasiya və dayanıqlı inkişaf sahəsində praktiki təcrübə qazanmaq
Kimlər müraciət edə bilər?
Komandada işləməyi sevən və təşəbbüskar gənclər
Təşkilatçılıq və sosial aktivlik sahəsində bacarıqlarını artırmaq istəyənlər
Dayanıqlı İnkişaf Məqsədləri ilə maraqlanan şəxslər
Proqramın müddəti: 2 ay (İyun – Avqust 2025)
Son müraciət tarixi: 15 iyun 2025
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.