Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (SevilFest)
2020-ci ildən fəaliyyət göstərən, ölkədə gender mövzularına fokuslanan kinofestivaldır. Festivalın VI buraxılışı 2025-ci ilin 5-13 iyul tarixlərində (paralel olaraq 3 şəhərdə – Bakı, Şəki və Lənkəranda) həyata keçiriləcək.
Əgər siz də gender məsələlərinə laqeyd yanaşmırsınızsa və bu işdə komandamıza dəstək olmaq, ölkədə baş tutacaq faydalı və eyni zamanda əyləncəli beynəlxalq tədbirin bir parçası olmaq istəyirsinizsə, müraciətinizi səbirsizliklə gözləyirik!
Yaş həddi: 18 yaş və yuxarı
Son müraciət tarixi: 30 may 2025