Vəzifə funksiyaları:
SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətlərin beynəlxalq standartlara (ISO 9001, API Q1/Q2, ISO 29001 və s.) uyğunluğunu təmin etmək və bu məqsədlə yoxlama qrafiklərinin hazırlanmasında və auditlərin təşkilində iştirak etmək
Keyfiyyət idarəetmə sisteminin tətbiqi, inkişafı və davamlı təkmilləşdirilməsi üzrə təkliflər vermək, uyğunluğun təmin olunmasına nəzarət etmək
Uyğunsuzluq hallarının analizi, CAPA tədbirlərinin icrasına nəzarət və hesabatların hazırlanmasını həyata keçirmək
İstehsal, montaj, istismar və test mərhələlərində keyfiyyətə nəzarət və ITP sənədlərinin hazırlanmasında iştirak
Tender və müqavilə mərhələlərində texniki və keyfiyyət meyarlarının formalaşdırılması və icrasına nəzarət etmək
Mal-materialların texniki spesifikasiyalara və sertifikatlara uyğunluğunu yoxlamaq, texniki sənədlərə rəy vermək
Keyfiyyətə dair daxili və xarici auditlərin təşkili, tapıntıların izlənməsi və düzəldici tədbirlərin icrasına nəzarət
Müvafiq metod bəyanatlarına, milli normativ-hüquqi aktlara və müəssisədaxili tələblərə uyğunluğa nəzarət
Keyfiyyət sahəsində müəssisəni partnyorlar, audit orqanları və müştərilər qarşısında təmsil etmək.
Tələblər:
Texniki sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür)
5 il müvafiq sahə üzrə iş stajı
Keyfiyyətin idarə edilməsi, standartlaşdırma, risklərin idarə olunması və davamlı təkmilləşmə bilikləri
Beynəlxalq və yerli standartlar üzrə biliklər
Uyğunluq sənədləri ilə işləmək və onların təhlili
İnspeksiya və sınaq metodları, test prosedurları və qiymətləndirmə meyarları
Təqdimat hazırlama və təqdimetmə
Komandada işləmə, verbal ünsiyyət, analitik düşüncə, araşdırma və təhlil bacarıqları
MS Office sərbəst istifadəçi
İngilis dili B1+
Üstünlük verilir:
ISO 9001:2015 Lead Auditor sertifikatı
ISO 31000 Risk Management, FMEA, ISO 29001, API Q1/Q2, NCR, CAPA, Root Cause Analysis təlim və sertfikatları
Müəyyən sahələr üzrə təchizat zəncirinə nəzarət, auditə hazırlıq və laboratoriya analizləri ilə bağlı sertifikat və ya təlimlər
Görülən işlərin layihə, texniki sənədlər və standartlara uyğunluğuna nəzarət təcrübəsi
Böyük layihələrdə və keyfiyyətin yaxşılaşdırılması təşəbbüslərində iştirak
Texniki sənədləri hazırlamaq, nəticələri izləmək və hesabatlar tərtib etmək bacarığı
Biz nə təklif edirik?
Peşəkar iş mühiti
Rəqabətədavamlı əməkhaqqı və sosial təminatlar
Peşəkar inkişaf və karyera imkanları
Tibbi sığorta və rifaha yönəlmiş əlavə güzəştlər (o cümlədən SOCAR Tower-də yerləşən idman zalı)
Nəqliyyat xidməti ilə təmin olunma
Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Keyfiyyətə nəzarət şöbəsində Böyük mühəndis” başlığı ilə recruitment@socar.az elektron poçtuna 27.07.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab olunan namizədlərlə əlaqə yaradılacaq.