SOCAR Gənc İstedadlar Proqramı – Gələcəyin peşəkarlarını biz yetişdiririk!
SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrində təhsil alan, öyrənməyə həvəsli, şəxsi inkişafına və peşəkar bacarıqlarının artırılmasına maraqlı gəncləri Gənc İstedadlar Proqramına qoşulmağa dəvət edir!
Proqramın məqsədi:
Azərbaycan gənclərinin texniki bilik və bacarıqlarını inkişaf etdirmək, onları korporativ mühitlə tanış etmək, təşkilati dəyərləri aşılamaq və iş həyatına hazırlamaqdır. Proqramda iştirak edən gənclər SOCAR-ın peşəkar mütəxəssisləri ilə birgə çalışmaq və iri miqyaslı layihələrdə iştirak etmək imkanı əldə edəcəklər.
Proqram sizə nə vəd edir?
- 5 ay müddətində SOCAR-da istehsalat təcrübəsində iştirak imkanı
- İxtisas bilikləri və davranış səriştəliklərinin inkişafına yönəlmiş təlimlər
- Müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı
- Proqramı uğurla başa vuran və fərqlənən iştirakçılar üçün işlə təmin olunmaq imkanı
Kimlər müraciət edə bilər?
Proqrama aşağıdakı tələblərə cavab verən gənclər müraciət edə bilər:
- Azərbaycan Respublikasının vətəndaşı olmaq
- Yaş həddi: 29 yaşadək
- Bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil alan, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər
- Ümumi orta müvəffəqiyyət göstəricisi (GPA):
- 100-lük sistemdə – 75%-dən yuxarı,
- 4-lük sistemdə – 2.5-dən yüksək
- Proqram müddətində SOCAR və ya digər bir işəgötürənlə əmək münasibətində olmamaq
- Rəsmi transkript və ya diplom əlavəsini müraciətə əlavə etmək
Qeyd: Namizəd cari proqram dövrü ərzində yalnız bir ixtisas üzrə müraciət edə bilər.
Seçim prosesi
Proqram iki mərhələdən ibarətdir:
- Test imtahanı – məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması
- Müsahibə mərhələsi – test imtahanında müvafiq keçid balını toplayan namizədlərlə fərdi müsahibə
Müraciət qaydası
Proqramda iştirak etmək istəyən gənclər elektron qaydada müraciət etməlidirlər.
Əlavə suallar üçün:
hr@socar.az
(012) 521 34 05
Qeyd: SOCAR Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı şirkət tərəfindən öhdəlik daşınmır.



