spot_img
HomeKaryeraSOCAR-ın Geofizika və Geologiya Departamenti “Administrasiyanın rəhbərinin hüquqi məsələlər üzrə hüquq məsləhətçisi”...
spot_img

SOCAR-ın Geofizika və Geologiya Departamenti “Administrasiyanın rəhbərinin hüquqi məsələlər üzrə hüquq məsləhətçisi” vakansiyası üzrə namizədlər axtarır

Əsas vəzifə öhdəlikləri:
Administrasiyanın hüquqi və qanuni maraqlarının qorunması;
Məhkəmə işlərində administrasiyanın hüquq və maraqlarının müdafiəsinə dair hüquqi məsləhətlər və tövsiyələrin verilməsi;
Məhkəmə qərarlarının icrasının təmin olunması ilə bağlı hüquqi məsləhət və tövsiyələrin verilməsi;
Daxili normativ sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğuna dair hüquqi tövsiyələrin təqdim edilməsi;
Daxili hüquqi yardımın göstərilməsi, departamentin fəaliyyətinə nəzarətin həyata keçirilməsi;
Hüquqi yazışmaların aparılması ilə bağlı hüquqi məsləhət və tövsiyələrin verilməsi;
Əmək intizamının pozulması ilə bağlı daxil olan müraciətlərin araşdırılmasına rəhbərlik edilməsi, aidiyyəti struktur bölmələrdən rəy (o cümlədən hüquqi rəy) alınması və bu məsələlər üzrə rəy bildirilməsi;
Administrasiya tərəfindən bağlanılan müqavilələr və onların şərtləri ilə bağlı hüquqi məsləhət və tövsiyələrin verilməsi;
Müvafiq qaydada administrasiyanın digər təşkilatlarda təmsil olunması;
Səlahiyyətləri çərçivəsində göstəriş və təlimatların verilməsi;
Əmrlərin, göstərişlərin, müqavilələrin, smetaların, hesabatların və digər daxili və xarici sənədlərin hazırlanmasında və müzakirəsində iştirak;
Müəssisənin fəaliyyətində mövcud olan nöqsanlar və çatışmazlıqlar barədə Departament rəhbərinə hesabat təqdim edilməsi və onların aradan qaldırılması ilə bağlı təkliflər verilməsi.

Namizəddən gözləntilər:
Hüquq üzrə bakalavr və ya daha yüksək dərəcə;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında yüksək səviyyədə bacarıq;
Azərbaycan və ingilis dillərində sərbəst danışıq, rus dili üstünlük sayılır;
Güclü analitik düşüncə, təşkilati rəhbərlik və komanda idarəetmə bacarıqları.

Təklif etdiyimiz imkanlar:
Rəqabətqabiliyyətli əməkhaqqı və sosial paket;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Tibbi sığorta və şirkət tərəfindən nəqliyyatla təminat.

Maraqlanan namizədlər CV-lərini “Administrasiyanın rəhbərinin hüquqi məsələlər üzrə hüquq məsləhətçisi” mövzusu ilə irggi@socar.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 21.07.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar