🚀”SaaS və Fintech” startapınızı irəli aparın!
📑”Azərbaycan SaaS və Fintech Akselerasiya Proqramı”na müraciətlər artıq açıqdır!
Proqram Agentliyimiz, “PASHA Holding” və “SABAH.HUB”ın dəstəyi ilə,”Startup Wise Guys” tərəfindən təşkil olunur.
Bu proqram startapınızı inkişaf etdirmək və yeni zirvələrə çatdırmaq üçün unikal fürsətdir!
✨ Proqramda iştirak etmək sizə nə qazandıracaq?
💰 İnvestisiya imkanı: 5 ən perspektivli startap üçün ümumi 500,000 avroya qədər dəstək planlaşdırılır!
Seçilmiş 5 startup 50,000 avro məbləğində ilkin investisiya və 50,000 avro dəyərində proqram dəstəyi əldə etmək imkanı qazanacaq.
📚 Ekspert dəstəyi: Dünyaca məhşur beynəlxalq mentorlarla işləyərək startapınızı genişləndirmək üçün vacib biliklər əldə edə bilərsiniz.
🌎 Qlobal şəbəkəyə qoşulma: dünyanın aparıcı investorları, mentorları və sahə liderləri ilə əlaqə qurmaq imkanı.
💻 Hibrid proqram: 12 həftə onlayn və 2 həftə Bakıda keçirilən yüksək keyfiyyətli beynəlxalq intensiv təlimə qoşulmaq şansı.
♻ Dayanıqlılıq fokuslu dəstək: biz yalnız texnologiyanı deyil, həm də davamlı inkişafı təşviq edirik.
🤝🏻 Şəbəkələşmə: Proqramda iştirak edəcək xarici startaplarla əlaqə qurmaq və şəbəkələşmək imkanı.
Kimlər müraciət edə bilər?
🔷 Fintech, Insurtech, Regtech, Industry 4.0, SaaS, Blockchain, Defense Tech, E-Gaming və digər sahələrdə fəaliyyət göstərən startaplar.
🔷 Artıq hazır məhsulu və ilkin gəliri olan startaplar
🔷 Ən azı 2 nəfərlik komandası olan startaplar.
🗓 Müraciət üçün son tarix: 01.12.2024-cü il
🔊 Startapınızı tanıtmaq üçün bu fürsəti qaçırmayın!