“Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı KOB İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin sahibkarlıq potensialının üzə çıxarılması məqsədilə “Startup 101: Öz Biznesini Necə Başlamalı?” adlı yeni və praktik yönümlü layihəyə start verilir!
Layihənin əsas məqsədi, sahibkarlığa marağı olan, lakin haradan və necə başlamalı olduğunu bilməyən gənclərə ideyadan biznesə gedən yolu öyrətmək, onları təşəbbüskarlığa və ilk addımı atmağa təşviq etməkdir. Bu məqsədlə
layihə çərçivəsində iştirakçılar üçün praktiki təlimlər, interaktiv sessiyalar və təqdimat günü nəzərdə tutulur.
Təlim müddətində gənclər:
sahibkarlığın əsas prinsiplərini öyrənəcək,
biznes modeli quracaq,
maliyyə və marketinq biliklərini mənimsəyəcək,
və pitch (ideya təqdimatı) bacarıqlarını inkişaf etdirəcəklər.
Finalda isə onlar öz ideyalarını real auditoriya qarşısında təqdim edərək inam və təcrübə qazanacaqlar!
Əgər sənin də bir ideyan varsa – yerində sayma, ilk addımı bizimlə at!