spot_img
HomeElan və XəbərlərStartup School layihəsi üçün könüllülər axtarılır.
spot_img

Startup School layihəsi üçün könüllülər axtarılır.

Yeni nəsil sahibkarların yetişdirilməsinə töhfə vermək istəyirsən? O zaman bu elan sənin üçündür!

Startup School layihəmizə mentorlarla tələbələr arasında əlaqəni gücləndirəcək, proseslərin koordinasiyasında bizə dəstək olacaq könüllülər axtarırıq. Bu həm də sənə şəbəkəni genişləndirmək və startap ekosistemini yaxından tanımaq fürsəti təqdim edir! 🌱

📌 Tələblər:

Startap sahəsinə maraq (təcrübə üstünlükdür)

İngilis və ya Rus dili bilikləri (üstünlükdür)

Universitetin 2, 3 və ya 4-cü kurs tələbəsi olmaq

Həftə ərzində 3-4 saat vaxt ayıra bilmək

Mentorlar və tələbələr arasında qrup görüşlərini təşkil etmək

Kommunikasiyanı təmin etmək, sənədləşmə prosesinə dəstək olmaq

📅 Könüllülük müddəti: 15 May – 5 İyun
🎓 Sonda rəsmi Sertifikat təqdim olunacaq

Son müraciət tarixi: 10 May

Bu fürsəti qaçırma – inkişaf yolunda ilk addımını bizimlə at! 🌟

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar