spot_img
Ana SəhifəKaryera"STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir!
spot_img

“STEAM Azərbaycan” layihəsi təcrübə proqramı elan edir!

Bakalavr təhsil pilləsini bitirmiş və ya hal-hazırda magistratura təhsili alan gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə təcrübə proqramı elan olunur.

📌Tələblər:
Ali təhsil; (Pedaqoji ixtisaslar üzrə təhsil arzuolunandır)
Xarici dil bilikləri; (ingilis dili mütləqdir, rus dili biliyi arzuolunandır)
Komanda ilə iş bacarığı;
Yüksək ünsiyyət bacarıqları;
Operativlik;
Kompüter bilikləri;
Yüksək səviyyəli təqdimat bacarığı;
Yeniliyə və innovativliyə açıq.

📌İş mühiti:

  • STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
  • Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə hazırlıq prosesi;
  • STEAM Mərkəzlərinə səfərlər;
  • İnteraktiv təlimlərdə iştirak;
  • Karyerayönümlü real iş mühiti.

📧 Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 23 yanvar 2025-ci il saat 12:00-a qədər cv@steam.edu.az ünvanına göndərməlidirlər. Təcrübə proqramına 3 fevral tarixindən start veriləcək, təcrübə müddəti haqqında ətraflı məlumat müsahibə zamanı bildiriləcək.

Qeyd: Elektron-poçt ünvanına məktub göndərən zaman mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməniz mütləqdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar