İşin təsviri
Yüksək Texnologiyalar Parkı “Strategiya və biznesin inkişafı üzrə aparıcı mütəxəssis” vəzifəsinə vakansiya elan edir! Yeni əməkdaş “SABAH.city” layihəsinin planlaşdırılması və həyata keçirilməsinə dəstək verəcək və bu prosesdə həm dövlət, həm də özəl sektor tərəfdaşları ilə sıx əməkdaşlıq edəcəkdir.
Əsas vəzifə öhdəlikləri:
– Bazar araşdırmaları aparmaq, məlumat toplamaq və trendləri təhlil edərək qərarların məlumat əsasında verilməsinə dəstək olmaq;
– Biznes imkanlarını və risklərini qiymətləndirmək üçün maliyyə modelləri hazırlamaq və təhlil etmək;
– PowerPoint, Canva və ya digər alətlərdən istifadə edərək cəlbedici və anlaşılan təqdimatlar hazırlamaq;
– Müxtəlif sahələr üzrə beynəlxalq təcrübə və nümunələri araşdırmaq;
– Daxili komandalarla innovasiya yönümlü layihələr və startapların inkişafı üzrə əməkdaşlıq etmək;
– İnvestorlar, rezidentlər və tərəfdaşlar kimi xarici maraqlı tərəflərlə əlaqələrin qurulması, koordinasiya və kommunikasiyanı təmin etmək;
– Tədqiqatlara əsaslanan və analitik düşüncə ilə formalaşdırılmış praktiki tövsiyələr vermək;
– Analitik hesabatlar və məlumat panelləri hazırlayaraq nəticələri maraqlı tərəflərlə paylaşmaq;
– Strateji planlama və əməliyyatların təkmilləşdirilməsi təşəbbüslərində iştirak etmək.
Tələblər
Namizəddən tələblər:
– Biznes, maliyyə, iqtisadiyyat, innovasiya və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
– Biznes konsaltinqi, strateji planlama və ya analitik sahədə minimum 2 il peşəkar təcrübə;
– Maliyyə modellərinin qurulması və məlumatların təhlili sahəsində bacarıq;
– PowerPoint və Canva kimi təqdimat alətlərindən istifadə bacarığı;
– Yüksək səviyyədə analitik və tənqidi düşüncə qabiliyyəti;
– Müxtəlif xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmaq və etibarlı münasibətlər formalaşdırmaq bacarığı;
– Müstəqil və komandada işləmə bacarığı;
– Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
– Strateji düşüncə tərzi və praktikada onu həyata keçirmək bacarığı.
İş rejimi: Tam ştat (08:30 – 17:30)
Əmək haqqı: Razılaşma əsasında
Son müraciət tarixi: 17.08.2025