spot_img
Ana SəhifəElan və XəbərlərSüni intellektin inkişafına təkan verəcək ödənişsiz “DigiRise” proqramı başlayır!
spot_img

Süni intellektin inkişafına təkan verəcək ödənişsiz “DigiRise” proqramı başlayır!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Harbour Space Universiteti və AI Academy-nin birgə əməkdaşlığı nəticəsində İKT üzrə peşəkarların ixtisasartırma proqramına start verilir!

“DigiRise” proqramı nə təklif edir?
Süni intellekt və proqram mühəndisliyi sahəsində beynəlxalq səviyyəli təlimlər
İştirakçılara real iş layihələrində təcrübə qazanmaq imkanı
Mentor dəstəyi ilə praktiki bilik və bacarıqların inkişafı
Ödənişsiz iştirak!

Təlimin detalları:
Təlim dekabr ayında başlayacaq.
12 ay davam edəcək.
Oflayn, onlayn və hibrid şəkildə keçiriləcək. Gündəlik dərs yükü 3 saat (iş qrafikinə uyğun) olacağı planlaşdırılır.

Kimlər müraciət edə bilər?
Riyazi, alqoritmik və İT biliklərinə sahib olanlar
Proqram təminatı sahəsində 1-3 illik təcrübəsi olanlar

Müraciət üçün son tarix: 04.12.2024

Beynəlxalq səviyyədə biliklər əldə etmək və karyeranızda böyük addım atmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın! 🌟

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar