Bütün QHT-lərin diqqətinə!
Şuşada “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı” elan olunur
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nı elan edir.
Proqram üzrə təlimlər 18-19 oktyabr 2025-ci il tarixlərində Şuşa şəhərində keçiləcək, oktyabrın 20-də isə Xankəndi şəhərinə səfər təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
– ilk dəfə iştirak edənlərə;
– QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
– QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
– Regionlarda fəaliyyət göstərən QHT-lərə;
– Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 30 sentyabr 2025-ci il saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
QEYD:
– Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
– Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.