İqlim Texnologiyası və Sahibkarlıq üçün Liderlər Axtarılır!
Swedish Institute tərəfindən təşkil olunan Impact Pioneers 2025 – iqlim texnologiyaları sahəsində yerli ekosistemlər qurmaq istəyən liderlər üçün prestijli bir proqramdır.
8 həftəlik hibrid proqram:
- Online öyrənmə modulları
- 1 həftəlik İsveç – Stokholm Sammiti (oktyabr 2025)
Proqramda nə öyrənəcəksən?
- Davamlı innovasiya və yaşıl texnologiyalar haqqında İsveçin qabaqcıl ekspertlərindən öyrən
- Qlobal liderlər şəbəkəsinə qoşul
- Yerli ekosistemin üçün konkret strategiyalar hazırla
Proqramdan Kimlər Faydalanmalıdır?
- Akselerator, inkubator, innovasiya mərkəzlərində çalışan liderlər
- Startap və sahibkarlığı dəstəkləyən təşkilatlarda işləyən şəxslər
- Qlobal tərəfdaşlıqlar qurmaq səlahiyyəti olan şəxslər
Təqaüd Nələri Əhatə Edir?
- Tam tədris proqramı (8 həftə)
- İsveç üçün gediş-gəliş aviabiletləri
- Yaşayış, qidalanma, yerli nəqliyyat, sığorta
Kimlər Müraciət Edə Bilər?
- İngilis dili biliyi olan, aktiv və paylaşmağa açıq şəxslər
- Yerli iqlim texnologiyaları ekosistemində problemləri müəyyən etmiş və onları həll etmək istəyənlər
- Öz ölkəsində yaşayıb, fəaliyyət göstərənlər
Müraciət Prosesi Necədir?
- Motivasiya suallarını cavablandır, 60-120 saniyəlik video yüklə
- CV-ni əlavə et
- Son tarix: 30 Aprel 2025