İş barədə məlumat:
• Alış sifarişlərinin (purchase order) hazırlanması və sistemə daxil edilməsi;
• Hesab-fakturaların, qaimə və təhvil-təslim aktlarının yoxlanılması və qeydiyyatı;
• İcra olunmuş sifarişlər üzrə sənədləri mühasibatlıq və anbar şöbəsinə ötürmək;
• SAP, 1C, Logo və ya digər ERP sistemlərində sənədlərin daxil edilməsi və izlənilməsi;
• Ay sonu və rüblük sənəd dövriyyəsi üzrə hesabatlar hazırlamaq;
Tələblər:
• Ali təhsil;
• Təchizat sənədləri ilə iş üzrə 1-3 il təcrübə;
• Təchizat, Satınalma və Anbar təsərrüfat sahələrinin texniki bilikləri olan;
• ERP sistemləri ilə təcrübə (SAP, 1C və s.)
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili səlis; Rus dili arzuolunandır;
Əlavə Məlumat:
· Əmək haqqı : 800 AZN;
· Nahar şirkət tərəfindən verilir;
· İş yeri: Bakı şəhəri;
Uyğun namizədlər mövzu bölümündə “Təchizat sənədləri üzrə mütəxəssis” qeyd etməklə hnigarm@icloud.com elektron ünvanına cv-ləri göndərə bilərlər.