Vəzifə təlimatları:
– Tədbirlər barədə məlumatların izlənməsi, layihə icra planına uyğun olaraq işlərin görülməsi və sənədləşmənin həyata keçirdilməsi;
– Sifarişçilər ilə yazılı və şifahi ünsiyyətin qurulması, layihə və tədbirlər ilə bağlı tələblərin vaxtında müəyyən edilməsi və icrası üçün rəhbərliyə təkliflərin verilməsi;
– Tədbirlər ilə bağlı 3-cü tərəf qurumlar ilə işgüzar əlaqələrin qurulması, qiymət sorğularının keçirdilməsi və ehtiyac olduğu təqdirdə görüşlərin təşkil olunması;
– Tədbir büdcəsinin hazırlanmasında və xərclərin idarə olunmasında rəhbərliyə dəstək göstərilməsi;
– Sosial şəbəkələrin aktiv idarə edilməsi, paylaşımların hazırlanmasıda iştirak və fəaliyyətin qiymətləndirməsi;
– Gələn zəngləri və korporativ adresə gələn emailləri qəbul etmək və onları təyinatı üzrə cavablamaq və istiqamətləndirmək;
– Rəsmi görüşlərin təşkil edilməsi, təşkilat adına görüşlərdə iştirak etmək.
Namizədə tələblər:
– Sahə üzrə minimum 6 ay iş təcrübəsi.
– Yaş həddi: 22-35.
– Ali təhsil.
– Yaxşı səviyyədə rus dili biliyi.
Digər məlumatlar:
– Əmək haqqı: 600 AZN+bonus.
– Ünvan: Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov 5X.
– Nahar şirkət tərəfindən verilir.
– İş saatları: 9:00-18:00 (tam ştat-5 günlük).
Bu tələblərə uyğun olan namizədlər Gunel.Ismayilova@venta.az mail ünvanına cv-lərini göndərə bilərlər.