Bakı Ali Neft Məktəbinin (BANM) Tədris işləri və akademik qeydiyyat şöbəsində vakant vəzifə üzrə işə qəbul elan olunur.
– Vəzifə: Metodist
– İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu
– İş qrafiki: Həftədə 5 gün (bazar ertəsi – cümə)
– İş saatları: 09:00 – 18:00
– İstirahət günləri: Şənbə və bazar
Namizədlərə tələblər:
– Ali təhsil;
– Ali təhsil müəssisələrində tədris sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
– İngilis və/və ya rus dili biliyi (ən azı B1 səviyyəsində);
– Təhsil qanunvericiliyini bilməli;
– Rəsmi sənədləşmə bacarıqları (əmr, təqdimat, rəsmi məktubların hazırlanması);
– Dəqiq, intizamlı və məsuliyyətli olmaq;
– MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq kargüzarlıq işlərinin aparılması, tələbələrin şəxsi işlərinin və sənədlərinin düzgün saxlanılması və vaxtında arxivə təhvil verilməsi;
– Şöbəyə daxil olan və şöbədən göndərilən sənədlərin qeydiyyatının aparılması və icra müddətlərinə nəzarət;
– Arayışların, çıxarışların, plan və digər rəsmi sənədlərin hazırlanması;
– Yerinə yetirilmiş sənədlərin sistemləşdirilməsi və işlərin klassifikasiyasının aparılması;
– Tədris məsələləri üzrə əmr və sərəncamların dekanlıqların və kafedraların nəzərinə çatdırılması, icrasına nəzarət;
– Dövlət təhsil standartlarına uyğun olaraq tədris planlarının və əlaqədar sənədlərin hazırlanması;
– Yeni qəbul olunmuş tələbələrin qeydiyyat prosesinin həyata keçirilməsi, şəxsi işlərinin formalaşdırılması və müvafiq informasiya sistemlərinə daxil edilməsi;
– Kafedralar üzrə dərs yüklərinin hesablanması və bölgüyünə nəzarət;
– Tədris və istehsalat təcrübələri ilə bağlı əmrlərin layihələrinin hazırlanması;
– Tələbə və professor-müəllim heyətinə dair tədrislə bağlı əmrlərin layihələrinin tərtib edilməsi;
– Semestrlər üzrə imtahan cədvəllərinin hazırlanması;
– Tədris-metodiki işlərin təşkili məqsədilə digər struktur bölmələrlə səmərəli əməkdaşlığın qurulması.
Azərbaycan ali təhsil müəssisələrində tədris işləri üzrə şöbələrdə iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini “Metodist” mövzu sətri ilə zarina.murtuzayeva@bhos.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25 dekabr 2025-ci ilShow translation



