spot_img
Ana SəhifəKaryeraTəhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.
spot_img

Təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

Tələblər:

· Ali təhsil (biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və risklərin idarə edilməsi sahəsində təcrübə arzuolunandır);

· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

· Yaxşı səviyyədə ingilis dili biliyi, rus dili (arzuolunandır);

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS office, MS Project, Asana, Trello və s.);

· Analitik düşüncə və təhlil bacarıqları;

· Sahəsinə uyğun sorğuların hazırlanması və təhlil edilməsi;

· Problem həlletmə və qərar qəbuletmə bacarığı;

· Komanda ilə iş və liderlik bacarıqları. 

Öhdəliklər:

· Strateji planın təhlili və strateji hədəflərə uyğunluğunun qiymətləndirilməsi;

· Universitetin strateji hədəflərinə uyğun olaraq risklərin müəyyənləşdirilməsi;

· Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi;

· Risklərin idarə edilməsi üçün strategiyaların hazırlanması;

· Universitetin strateji planlarına uyğun olaraq təhlillərin aparılması, risklərin qitymətləndirilməsi, müvafiq fəaliyyətlərin həyata keçirilməsi;

· Risk təhlili hesabatlarının hazırlanması.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.01.2025-ci il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar