spot_img
Ana SəhifəKaryeraTəhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan...
spot_img

Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!

Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!

 Vəzifə öhdəlikləri:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi, elektron portala qeydiyyata almaq;
• Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsi, onların uçotunun aparılması, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Aylıq tabeli hazırlamaq;
• İşə qəbul prosesinin icra etmək (CV bazasının idarə olunması, iş elanlarının hazırlanması, müsahibələrin təşkili);
• Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Dövlət orqanları və rəhbərlik üçün hesabatlar hazırlamaq və təqdim etmək;
• Şöbədə sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsi haqqında yüksək bilik;
• Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, rus dili biliyinin olması üstünlükdür;
• MS Office (Word, Excell, PowerPoint);
• 1 C proqamında sərbəst işləmək bacarığı;
• Kommunikasiya və idarəetmə bacarıqları.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 13:00-dək

İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 5 may tarixinədək CV-lərini hr@arti.edu.az elektron poçt ünvanına “İnsan Resursları üzrə baş mütəxəssis (yarımştat)” başlığı altında göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar