spot_img
HomeElan və XəbərlərTəhsil Tələbə Krediti Fondu “Könüllü Proqramı”nı elan edir!
spot_img

Təhsil Tələbə Krediti Fondu “Könüllü Proqramı”nı elan edir!

2025-2026-cı tədris ilinin payız semestri üzrə “Könüllü Proqramı”

Təhsil Tələbə Krediti Fondu “Könüllü Proqramı”nı elan edir!
Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa əsasən, Təhsil Tələbə Krediti Fondunda ictimai faydalı fəaliyyətin və sosial məsuliyyətin təşviqinə yönəlmiş könüllülük fəaliyyəti həyata keçirilir.

Kimlər müraciət edə bilər?
• Ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs bakalavr tələbələri;
• Magistratura səviyyəsində təhsil alan tələbələr.

Əlavə məlumat:
• İş qrafiki: yarımgünlük (part time)
• Proqramın müddəti: 2 ay.

Müraciət qaydası:
“Könüllü Proqramı”nda iştirak etmək istəyən namizədlər zəruri məlumatları 30 sentyabr 2025-ci il tarixinədək bio bölümündən qeyd olunan keçidə daxil olaraq müraciətlərini göndərə bilərlər.

Göndərilən müraciətlər qiymətləndiriləcək və uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə nömrəsi: 146-5
Ünvan: Nəsimi rayonu, Səməd Vurğun 34.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar