Əsas vəzifə öhdəlikləri:
· Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);
· Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);
· Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;
· Sahibkarla görüşüb təklif verilməsi;
· Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu).
Tələb olunan bilik və bacarıqlar:
· Güclü analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
· Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;
· MS Excel və xəritə/lokasiya alətləri ilə işləmə bacarığı;
· Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmlak məsələləri üzrə mütəxəssis” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.



