Türkiyə-Azərbaycan Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının laboratoriya saatlarının/faəliyyətlərinin idarə olunması, praktiki dərslərdə tədris və təlim assistentliyi göstərilməsi, həmçinin kompüter laboratoriyalarının fiziki idarə olunması məqsədilə aşağıda göstərilən xüsusiyyətlərə malik mühəndis köməkçisi vəzifəsinə vakansiya elan edilir.
Tələb olunan xüsusiyyətlər:
Ali təhsil: Magistratura və ya doktorantura (Kompüter mühəndisliyi, elektrik-elektronika mühəndisliyi, proqram mühəndisliyi və ya müvafiq sahə üzrə);
Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;
İş təcrübəsi: Qeyd olunan sahələrin birində 1 (bir) – 2 (iki) il peşəkar iş təcrübəsi;
İnformasiya sistemləri və şəbəkə təhlükəsizliyi sahəsində yüksək səviyyədə bilik və təcrübə;
Windows və Linux əməliyyat sistemlərinin idarə edilməsi sahəsində təcrübə və sistem optimallaşdırılması sahəsində təcrübə;
Şəbəkə texnologiyaları, TCP/IP protokolları, yönləndirmə (routing) və şəbəkə səviyyələri haqqında dərin biliklərə malik olmaq;
Texniki sənədləri effektiv şəkildə oxuyub başa düşmək və texniki mövzularda güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Mövcud informasiya sistem texnologiyalarını izləyən, araşdırma və inkişaf etməyə açıq, yenilikçi və proaktiv yanaşma nümayiş etdirmək;
VMware və digər virtualizasiya platformaları ilə bağlı təcrübəyə sahib olmaq üstünlükdür;
Təşəbbüskarlıq, analitik düşünmə və effektiv problem həlletmə bacarıqlarına malik olmaq;
Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq;
Gərgin və dinamik iş mühitinə uyğunlaşa bilən, komanda işinə meyilli və əməkdaşlıq yönümlü olmaq.
Laboratoriya menecerinin iş təsviri:
Kompüter mühəndisliyi laboratoriyalarında mövcud bütün informasiya sistemlərinin idarə edilməsi və dərslərə hazırlıq görülməsi;
Kompüter mühəndisliyi proqramı dərslərində tələb laboratoriya assistentliyi etmək və laboratoriya dərslərini fənn müəllimi ilə koordinasiya edərək idarə etmək;
Tədris ilinin əvvəlində kompüter laboratoriyasını tədris planına və dərslərin tələblərinə uyğun hazır vəziyyətə gətirmək, yeniləmək, zəruri proqram təminatını yükləmək, il ərzində yaranacaq problemlərə müdaxilə etmək və texniki dəstək göstərmək;
Kompüterlərin həm avadanlıq, həm də proqram təminatının quraşdırılmasını həyata keçirmək və konfiqurasiyasına nəzarət etmək;
Kompüter laboratoriyalarında tələbələrin fəaliyyətlərini və qayda pozuntularını izləmək, hesabat vermək və təhlil etmək;
Windows və Unix Əməliyyat Sistemlərinin dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
Mövcud informasiya sistemləri serverlərinin və şəbəkə trafik qeydlərinin izlənilməsi və təhlilini aparmaq, hesabat hazırlamaq;
Kompüter laboratoriya tətbiqləri ilə bağlı Orta Doğu Texniki Universiteti Kompüter mühəndisliyi fakültəsi ilə əməkdaşlıq edərək koordinasiyalı işləmək;
Məlumat saxlanma cihazlarının idarə olunması, gündəlik yoxlamalar və replikasiya işlərini müvafiq heyətlə birlikdə həyata keçirmək, izləmək və hesabat vermək;
Şəbəkə cihazları və yönləndiricilərin dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
Virtualizasiya infrastrukturunun dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
Laboratoriyalar, informasiya sistemləri və şəbəkə təhlükəsizliyi ilə bağlı zəruri yazışmaları hazırlamaq və müvafiq bölmələrə dəstək olmaq;
Proqram koordinatorunun verdiyi əlavə vəzifələri yerinə yetirmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@tau.edu.az elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.05.2025