TƏBİB tabeliyində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasına həkim-diyetoloq vəzifəsi üzrə vakant yer elan edir
✅Əməkhaqqı:
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
✅Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali tibb təhsili;
· Qüvvədə olan sertifikasiya şəhadətnaməsi (ixtisas üzrə).
✅Tələb olunan sənədlər:
· Şəxsiyyəti təsdiq edən sənədin surəti;
· Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
· Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
· Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
✅Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
· Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Respublika Neyrocərrahiyyə Xəstəxanası- həkim-diyetoloq) qeyd olunmalıdır;
· CV-lər 15.12.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.