spot_img
HomeKaryeraTƏBİB-də vakansiya var
spot_img

TƏBİB-də vakansiya var

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Biomedikal sahəsi üzrə mühəndis vəzifəsi üzrə vakant yer elan edir:

Mövcud iş yeri:
Yardımlı Rayon Mərkəzi Xəstəxanası

Əməkhaqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (sahə üzrə)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
  • Sertifikat: sahə üzrə (arzuolunan)

İşin təsviri:

  • Tibbi cihaz və avadanlıqların quraşdırılması, test olunması, baxımı, təmiri və kalibrasiyalarının edilməsi;
  • İstismar müddətini başa vurmuş, köhnəlmiş və istifadəyə yararsız tibbi cihaz və avadanlıqların təyin edilməsi;
  • Yeni alınan tibbi cihaz və avadanlıqların təmsilçi şirkətin iştirakı ilə quraşdırılma, kalibrasiya və test işlərinə nəzarət edilməsi;
  • Tibbi cihaz və avadanlıqların ehtiyat hissə və sərf ləvazimatlarının illik tələbnamələrinin formalaşdırılması.



Müraciət qaydası:

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Yardımlı RMX – Biomedikal sahəsi üzrə mühəndis” qeyd olunmalıdır;
  • CV-lər 20 fevral 2026-cı il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar