spot_img
HomeKaryeraTƏBİB Layihələrin idarəolunması şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
spot_img

TƏBİB Layihələrin idarəolunması şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək;
  • Layihələrdə resursların istifadəsinə nəzarət etmək;
  • Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
  • Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
  • Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • TƏBİB-in strateji planına uyğun olaraq digər struktur bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
  • İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat;
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası

  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 25 avqust, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar