spot_img
HomeKaryeraTƏBİB Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya...
spot_img

TƏBİB Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Şöbənin fəaliyyət istiqaməti üzrə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparır və layihə konsepsiya sənədlərinin tərtibində iştirak edir;
  • Rəsmi yazışmaların və danışıqların həyata keçirilməsində aparıcı fəaliyyəti təmin edir;
  • Korporativ əlaqələr istiqamətində potensial tərəfdaşları müəyyən etmək;
  • Korporativ əməkdaşlıq istiqamətində təkliflərin hazırlanması üzrə tapşırıqları icra edir;
  • Qurulan əməkdaşlıqlar üzrə prosesləri koordinasiya etmək və yaranan problemləri aradan qaldırmaq;
  • Dövlət – özəl tərəfdaşlığı istiqamətində təkliflər vermək, özəl tərəfdaşlarla əməkdaşlıqların qurulmasını təmin etmək;
  • Korporativ Sosial Məsuliyyət çərçivəsində layihələr üçün təkliflər verir və layihələrin hazırlanmasında iştirak edir;
  • Tibbi turizm üzrə yerli və beynəlxalq sərgilərin təşkil edilməsinə dəstək göstərmək;
  • Tapşırıqların icra statuslarının təqib edilməsi və uğurlu nəticənin təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb olunması ilə bağlı təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatların, məlumatların hazırlanması istiqamətində fəaliyyət göstərir və digər vəzifələri yerinə yetirir.

Bizim üçün uyğun namizəd:

  • İqtisadiyyat, tibb və idarəetmə sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: ingilis dili – yaxşı (arzuolunan);
  • Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası

  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Korporativ əməkdaşlıq şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 25 avqust, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar