📍 Mövcud iş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
🔶 Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
🔶 Tələb olunan bilik, təcrübə və bacarıqlar:
🔹 Ali təhsil (iqtisadiyyat və idarəetmə sahəsi üzrə);
🔹 Sahə üzrə 1 il iş təcrübəsi;
🔹 Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə).
🔶 Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
🔹 Komandada işləmə;
🔹 Məsuliyyətlilik;
🔹 İntizamlılıq;
🔹 Nəticəyönümlülük.
🔶 İşin təsviri:
🔹 Maliyyə əməliyyatlarının mühasibat uçotuna alınması və sənədləşdirilməsi;
🔹 Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
🔹 Mühasibat balansı və digər maliyyə hesabatlarının hazırlanması;
🔹 Vergi və maliyyə qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi;
🔹 Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
🔹 Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
🔹 Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət edilməsi;
🔹 Tibb müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarətin edilməsi;
🔹 Mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
📌 Əlavə qeydlər:
🔹 İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
🔹 İş vaxtı: 09:00 – 18:00.
📌 Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
🔹 CV cv@tabib.gov.az ünvanına göndərilməlidir;
🔹 Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM–mühasib) qeyd olunmalıdır;
🔹 CV-lər 15.04.2025-ci il tarixinə qədər göndərilməlidir.
📌 Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.