Mövcud iş yeri:
· Şabran RMX
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil (maliyyə və iqtisadiyyat)
· Sahə üzrə minimum 5 il iş təcrübəsi
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Dil bilikləri: İngilis dili (arzuolunan)
· Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
· Komandada işləmə
· Məsuliyyətlilik
· Nəticəyönümlülük
· İntizamlılıq
İşin təsviri:
· Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
· Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi
· Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət
· Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi
· Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət
· Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi
· İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi
· Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
· Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili
· Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili
· Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi
· Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi
· Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət
Müraciət qaydası:
· Vakansiyaya son müraciət tarixi: 11.08.2025
· CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
· Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şabran RMX – Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.