spot_img
HomeKaryeraTƏBİB Tibbi sığorta departamentinin Tibbi tariflər şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya...
spot_img

TƏBİB Tibbi sığorta departamentinin Tibbi tariflər şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.


İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:
•       Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
•       Sahə üzrə minimum 2 il iş təcrübəsi
•       Dil bilikləri: İngilis dili – yaxşı
•       Kompüter bilikləri: Microsoft Office – yüksək
•       Aktuari şəhadətnaməsinin olması arzuolunandır

Bacarıqlara dair tələblər:
·     Komandada işləmə bacarığı
·     Məsuliyyətlilik
·     İntizamlılıq
·     Nəticəyönümlülük
·     Analitik düşünmə qabiliyyəti

İşin təsviri:
·       Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
·       Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
·       Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
·       Tibbi xidmətlərin siyahısının və tariflərinin dövri olaraq reviziyası və optimallaşdırılması;
·       Tariflərin iqtisadi cəhətdən səmərəliliyinin, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyətinin araşdırılması;
·       Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması və ya azaldılması;
·       Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq;
·       Aylıq, rüblük, illik hesabatların hazırlanması;

Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
CV-lər 20 iyul, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar