spot_img
HomeElan və Xəbərlər“Gələcəyə Körpü” Könüllülük Proqramına Qatıl – Gənc Könüllülər Axtarılır!
spot_img

“Gələcəyə Körpü” Könüllülük Proqramına Qatıl – Gənc Könüllülər Axtarılır!

Yeni təcrübələrə hazırsan?

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Könüllülük Proqramına qoşul!

Burada yalnız könüllü olmayacaqsan — öyrənəcək, inkişaf edəcək və özünü kəşf edəcəksən.

Səni nələr gözləyir?
• Layihələrin idarə olunması (project management) sahəsində biliklər qazanacaqsan
• Komanda ruhunun gücünü hiss edəcəksən
• Yerli və beynəlxalq layihələrdə aktiv təcrübə əldə edəcəksən
• Peşəkar mütəxəssislərlə görüşərək süni intellekt, dizayn düşüncəsi və digər maraqlı mövzularda biliklərini artıracaqsan

Bəs biz necə bir könüllü axtarırıq?
• Öyrənməyə açıq və enerjili
• Komanda ilə işləməyi sevən
• Sosial və yaradıcı
• Gəncə şəhəri və ətraf rayonlarda yaşayan

Proqram haqqında:
• Məkan: Gəncə şəhəri, InnoHub – İnnovativ Tədris Mərkəzi
• Müddət: 3 ay
• Sonda: Sertifikat təqdim olunacaq

Müraciət linki: https://forms.gle/8rJqzTW7m7WWzr316

Çox Oxunanlar