NAYORA olaraq üzv gənclər təşkilatları üçün növbəti imkanla qarşınızdayıq.
“Türk Dünyası Rəqabət Hüququ Yay Proqramı” adlı genişmiqyaslı beynəlxalq tədris proqramı həyata keçiriləcəkdir.
Proqramın məqsədi:
Gənclər arasında rəqabət hüququ sahəsində məlumatlılığı artırmaq və Türk Dünyası gəncləri arasında mədəniyyətlərarası dialoq və şəbəkələşməni təşviq etmək.
Proqramın məzmunu:
İştirakçılara nəzəri və praktik dərsləri, sahə səfərlərini və beynəlxalq bilik mübadiləsini əhatə edən zəngin kurikulumla dolğun tədris təcrübəsi təqdim olunacaq.
İştirak tamamilə ödənişsizdir!
Aşağıdakı xərclər qarşılanacaq:
- Yaşayış
- Türkiyə daxilində nəqliyyat
- Bütün akademik, mədəni və sosial fəaliyyətlər
Hədəf kütlə:
Hüquq ixtisası üzrə bakalavr pilləsində təhsil alan və ya yeni məzun olmuş namizədlər.
İştirakçılar üçün yaş tələbi: 18-29 yaş aralığı
Qeyd: Tədbirin dili ingiliscədir.
Məkan: Türkiyə, İstanbul
Tarix: 07-17.07.2025