spot_img
HomeBloqTürkiyə Bursları Təqaüd Proqramı üçün Tələb Olunan Sənədlər
spot_img

Türkiyə Bursları Təqaüd Proqramı üçün Tələb Olunan Sənədlər

Türkiyə Bursları Proqramı dünyanın müxtəlif ölkələrindən minlərlə tələbəyə Türkiyədə tam maliyyələşdirilən təqaüdlə ali təhsil imkanı təqdim edir. Bu proqram təkcə təhsil haqqını deyil, həm də yaşayış, tibbi sığorta, aylıq təqaüd, aviabiletlər və dil hazırlığı kurslarını əhatə edir. Belə əhatəli dəstəyə sahib olan bu proqram hər il on minlərlə beynəlxalq tələbənin diqqət mərkəzində olur. Uğurlu müraciət üçün isə tələb olunan sənədləri vaxtında və düzgün şəkildə təqdim etmək vacibdir. Bu yazıda təqaüd proqramına müraciət edərəkən hansı sənədləri sistemə yükləmək lazım olduğunu və ümumi proses haqqında danışacağıq.

  1. Şəxsiyyəti Təsdiqləyən Sənəd
    Müraciət edən şəxs öz kimliyini təsdiq edən aşağıdakı sənədlərdən birini təqdim etməlidir:
  • Etibarlı pasportun surəti
  • Milli şəxsiyyət vəsiqəsi
  • Doğum haqqında şəhadətnamə (yalnız digər sənədlər yoxdursa)

Pasportun müddətinin müraciət tarixindən sonra ən azı bir il qüvvədə olması tövsiyə olunur.

  1. Diplom və ya Məzun olmaqla bağlı Sənəd
    Əgər namizəd artıq ali və ya orta təhsilini bitiribsə, müvafiq diplomu və ya məzuniyyət haqqında sənədi təqdim etməlidir. Hələ də oxuyan tələbələr isə aşağıdakı sənədlərdən birini əlavə etməlidirlər:
  • Hazırda təhsil aldıqları müəssisədən alınmış rəsmi arayış
  • Tələbə bileti və ya qeydiyyat sənədi

Bu sənədlər orijinal və rəsmi şəkildə təqdim edilməlidir.

  1. Akademik Transkriptlər
    Transkriptlər müraciət edən şəxsin aldığı qiymətləri və akademik performansını əks etdirən sənədlərdir. Aşağıdakı mərhələlər üzrə təqdim olunmalıdır:
  • Orta məktəb transkripti (bakalavr üçün)
  • Bakalavriat dərəcəsinin transkripti (magistratura üçün)
  • Magistratura dərəcəsinin transkripti (doktorantura üçün)

Transkriptlərin imzalı və möhürlü olması vacibdir. Qeyri-rəsmi və ya qeyri-tam sənədlər qəbul olunmur.

  1. Rəsmi Şəkil
    Son altı ay ərzində çəkilmiş, rəsmi görünüşlü və ağ fon üzərində olan bir şəkil təqdim olunmalıdır. Şəkil:
  • Pasport ölçüsündə
  • Ciddi və formal görünüşlü
  • Rəqəmsal formatda yüklənməlidir.

Mobil telefonla çəkilmiş və ya sosial mediaya uyğun şəkillər qəbul olunmur.

  1. Tövsiyə Məktubu
    Tələbə haqqında fikirlərini ifadə edən akademik və ya peşəkar şəxs(şəxslər) tərəfindən yazılmış tövsiyə məktubu tələb olunur. Adətən 1 və ya 2 tövsiyə məktubu təqdim edilir.

Tövsiyə məktubu:

  • Müəllim, professor və ya rəhbər şəxs tərəfindən yazılmalıdır
  • Rəsmi blankda, imza və əlaqə məlumatları ilə
  • Tələbənin bacarıqları, motivasiyası və şəxsiyyət xüsusiyyətləri haqqında olmalıdır.
  1. Motivasiya Məktubu
    Motivasiya məktubu təqaüdə qəbul olunmaqda ən vacib sənədlərdən biridir. Bu məktubda namizəd aşağıdakı məsələlərə aydınlıq gətirməlidir:
  • Niyə Türkiyədə təhsil almaq istəyir?
  • Seçdiyi sahəyə olan marağı haradan qaynaqlanır?
  • Təhsil planları və gələcəkdəki məqsədləri nələrdir?
  • Bu təqaüd onun həyatına necə təsir göstərəcək?
  • Gələcəkdə cəmiyyətə hansı töhfələri verməyi planlaşdırır?

Motivasiya məktubu şəxsi, səmimi və məqsədəuyğun olmalı, eyni zamanda qrammatik cəhətdən düzgün tərtib edilməlidir.

  1. Dil Sertifikatı (Əgər mövcuddursa)
    Dil sertifikatı məcburi olmasa da, müraciət edənlər üçün əlavə üstünlük yaradır. Aşağıdakı beynəlxalq sertifikatlar qəbul olunur:
  • TOEFL
  • IELTS
  • TÖMER (Türk dili səviyyəsini təsdiqləyən sənəd)
  • YÖS (Türkiyə universitetlərinə qəbul imtahanı)

Əgər müraciət edilən proqram türk dilindədirsə, TÖMER sertifikatı tövsiyə olunur.

  1. Tədqiqat Təklifi (Yalnız Magistatura və doktorantura səviyyələri üçün)
    Magistratura və doktorantura səviyyəsində təhsil üçün müraciət edən şəxslərdən tədqiqat təklifi (Research Proposal) təqdim etmək tələb olunur. Bu sənəddə aşağıdakılar yer almalıdır:
  • Tədqiqatın başlığı və mövzusu
  • Problemin aktuallığı
  • Tədqiqatın məqsəd və vəzifələri
  • İstifadə olunacaq metodologiya
  • Ədəbiyyat icmalı və ilkin mənbələr
  • Gözlənilən nəticələr

Tədqiqat təklifi aydın və strukturlaşdırılmış şəkildə hazırlanmalıdır.

Əlavə Məlumatlar
Bütün sənədlər türkcə və ya ingiliscə olmalıdır. Əgər sənədlər başqa dildədirsə, notarial təsdiqli tərcümələri əlavə olunmalıdır.

Sənədlər sistemə PDF və ya JPEG formatında yüklənməlidir.

Sənədlərin oxunaqlı və tam scan olunması vacibdir.

Müraciət zamanı təqdim edilən məlumatların düzgün və gerçək olması ciddi şəkildə yoxlanılır.

Türkiyə Bursları proqramı minlərlə beynəlxalq tələbənin təhsil arzusunu gerçəkləşdirməkdə böyük rol oynayır. Lakin bu fürsətdən yararlanmaq üçün sənədlərin hər biri diqqətlə hazırlanmalı, vaxtında və düzgün şəkildə təqdim olunmalıdır. Yuxarıda sadalanan sənədlər müraciət prosesinin əsasını təşkil edir və düzgün sənədləşmə sizin uğur şansınızı əhəmiyyətli dərəcədə artırır.

Daha ətraflı məlumat üçün rəsmi sayta daxil ola bilərsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar