Yer: Ankara, Türkiyə
Layihənin Adı: Be Volunteer Be Aware – 2
Ev Sahibi Təşkilat: Yedi İklim Mədəniyyət, İncəsənət, Təhsil, Elm və Həmrəylik Dərnəyi
Göndərən Təşkilat: “Common Sense” Gənclər Təşkilatı
Layihənin Məqsədi:
– Layihə çərçivəsində xaricdən gələn könüllülərimiz, dərnəyimizin hədəf qrupu olan gənclər və uşaqlar arasında ünsiyyət və əməkdaşlığı təmin etmək
– Avropanın ümumi dəyərlərini mənimsəyən gənclik profilinin formalaşmasına töhfə vermək
– Məhdud imkanlara malik gənclərin özünəinam və özünəhörmət qazanmasını dəstəkləmək və onların cəmiyyətə asanlıqla uyğunlaşmasına yardım etmək
– Dərnəyimizin könüllülük fəaliyyətlərinə yeni ölçü əlavə etmək, xaricdən gələn könüllülərimiz vasitəsilə yerli gəncləri könüllülük fəaliyyətlərinə təşviq etmək və yerli ərazidə könüllülük fəaliyyətlərini artırmaq
Könüllülərin sayı:
5 nəfər qadın könüllü (yalnız Azərbaycan vətəndaşları)
Yaş həddi: 18-30
Layihə müddəti:
02.02.2025 – 02.04.2025 (2 ay)
Son müraciət tarixi:
20 yanvar 2025 (yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq)
Necə müraciət etməli?
- Qeydiyyat nömrəsi alın.
- Avropa Gənclər Portalı vasitəsilə müraciət edin və müraciət formasını doldurun (linkə klikləyin).
Qeydiyyat nömrəsini necə əldə etmək olar?
Əgər Avropa Gənclər Portalında hesabınız yoxdursa, bu linkdən təlimat videolarını izləyərək qeydiyyatdan keçə bilərsiniz.
Xərclər və Təşkilati Təminatlar:
Avropa Həmrəylik Korpusu tərəfindən bütün xərclər qarşılanır.
- Səyahət xərcinin maksimum qarşılanma məbləği: Azərbaycan üçün 275 €
- Yaşayış yeri: Digər könüllülərlə birlikdə bir evdə qalacaqsınız. Evdə bütün şərait mövcuddur (isti su, təbii qaz və s.).
- Cib xərci: Gündəlik 5 €
- Qida xərci: Aylıq 100 €
Könüllü olmaq üçün tələblər və şərtlər:
✔ Çalışqan
✔ 18-30 yaş arasında olmaq
✔ Tez öyrənən
✔ Komandada işləmə bacarığı
✔ Uyğunlaşa bilən
✔ Ünsiyyətcil və sosial olmaq
Göndərən təşkilat haqqında məlumat:
- Təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
- OID nömrəsi: E10200624
- Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
- Məsul şəxsin adı və soyadı: Ramiz Əliyev
- E-poçt ünvanı: evs@csyo-az.org