Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “3sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçiriləcək.
Bu rəqabət dolu intellektual oyun çərçivəsində ölkənin müxtəlif universitetlərindən olan ən güclü tələbə komandaları bilik və məntiq mübarizəsinə qoşulacaq. Çempionat Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinə açıqdır.✅
📌 Çempionat iki mərhələdən ibarətdir:
🔹 İlkin mərhələ: Universitetlər daxilində finala vəsiqə qazanan komandaların müəyyən edilməsi məqsədilə seçim turları təşkil olunacaq.
🔹 Final mərhələsi: Seçim turlarında qalib gələn komandalar Bakıda keçiriləcək final oyununda Azərbaycan çempionu adı uğrunda mübarizə aparacaq.
📢 İştirak etmək istəyən komandalar üçün qeydiyyat artıq açıqdır. Komandaların heyəti eyni universiteti təmsil edən tələbələrdən ibarət olmalıdır.
⚠Qeyd edək ki, seçim turları 22.02.2025-ci il tarixində baş tutacaq. Qeydiyyat 20.02.2025-ci il tarixinədək davam edir.
Sizi universitetinizin Azərbaycan Çempionatındakı təmsilçisinə çevirəcək seçim turunda iştirak etmək üçün komandalarınızı formalaşdıraraq aşağıdakı keçid vasitəsilə müraciət etməyə dəvət edirik.
Bilik və məntiq bacarıqlarınızı sınamaq, universitetinizi təmsil etmək və Azərbaycan çempionu olmaq uğrunda mübarizə aparmaq fürsətini qaçırmayın!