spot_img
HomeKaryeraVakansiya: Büdcə və Hesabatlılıq üzrə Mütəxəssis
spot_img

Vakansiya: Büdcə və Hesabatlılıq üzrə Mütəxəssis


Maliyyə və hesabatlılıq sahəsində ixtisaslaşmış peşəkar axtarırıq! Əgər ERP sistemləri, Excel və idarəetmə hesabatları ilə işləmək sizin güclü tərəfinizdirsə, bu fürsət sizin üçündür!

🧩 Əsas vəzifələr:
-Müəssisənin maliyyə əməliyyatlarının yoxlanılması
-Kənarlaşmaların aşkarlanması və düzəliş təkliflərinin verilməsi
-Hesabatların düzgünlüyü və proseslərin axarlığını təmin etmək məqsədilə sistemdə dəyişikliklərin təşkili
-Aylıq/rüblük maliyyə və idarəetmə hesabatlarının hazırlanması
-Təqdimatlar və əlavə hesabatların hazırlanması
-Faktiki və büdcə nəticələrinin müqayisə edilməsi, yaranan fərqlərin analitik təhlil aparılaraq səbəblərinin araşdırılması

✅ Namizəddən gözləntilərimiz:
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
ACCA F3 və F7 sertifikatı
Yüksək səviyyədə Excel bacarığı
ERP proqramları (1C) ilə təcrübə arzu olunandır
Analitik düşüncə və komandada işləmə bacarığı
Azərbaycan dili – əla, rus və ingilis dili – üstünlükdür

🎁 Biz nə təklif edirik?
Rəqabətli əməkhaqqı
Peşəkar və dəstəkləyici komanda
Könüllü tibbi sığorta
Qidalanma
Nəqliyyatla təmin (servis)

📨 CV-nizi “Büdcə və Hesabatlılıq üzrə Mütəxəssis” mövzusu ilə hr@ekol.az ünvanına göndərə bilərsiniz.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar