Vəzifəyə olan tələblər:
-Maliyyə, iqtisadiyyat, memarlıq, mühəndislik və ya əlaqədar sahələr üzrə ali təhsil;
-Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində minimum 5 il iş təcrübəsi (bank və ya qiymətləndirmə şirkətində təcrübə üstünlükdür);
-Daşınmaz əmlakın qiymətləndirilməsində istifadə olunan müqayisəli, gəlir və xərclər yanaşmaları üzrə biliklər;
-Tənzimləyici qurumların tələbləri və beynəlxalq qiymətləndirmə standartları haqqında biliklərə üstünlük verilir;
-Bazar məlumatlarını təhlil etmək və ekspert rəyləri hazırlamaq bacarığı;
-Qiymətləndirmə hesabatlarında mövcud olan uyğunsuzluqları və səhvləri aşkar etmək bacarığı;
-Obyektlərə yerində baxış məqsədilə ezamiyyətlərə hazır olmaq.
Əsas vəzifələr:
-Banka təqdim edilən qiymətləndirmə şirkətlərinin daşınmaz əmlak üzrə qiymətləndirmə hesabatlarının düzgünlüyünü, tamlığını və bankın daxili standartlarına uyğunluğunu yoxlamaq;
-Girov qismində təqdim olunan əmlakların bazar və likvid dəyərinin müstəqil təhlilini aparmaq, təminatların satış qabiliyyətini qiymətləndirmək;
-Obyektlərin faktiki vəziyyətini, texniki parametrlərini və hesabatlarda əks olunan məlumatlara uyğunluğunu yoxlamaq məqsədilə yerində baxışlar həyata keçirmək;
-Hər bir qiymətləndirmə hesabatı üzrə aşkar edilmiş uyğunsuzluqlar, bazar və likvid dəyərlərlə bağlı ekspert rəyləri və tövsiyələr hazırlamaq;
-Bankın əməkdaşlıq etdiyi qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etmək, zəruri hallarda izahatların, düzəlişlərin və əlavə materialların təqdim olunmasını tələb etmək;
-Daşınmaz əmlak bazarındakı dəyişiklikləri davamlı olaraq monitorinq etmək və daxili məlumat bazasının yenilənməsini təmin etmək;
-Kredit təminatı üzrə qərarların qəbul edilməsi prosesində kredit analizi və risk-menecment şöbələri ilə sıx əməkdaşlıq etmək;
-Girovların qiymətləndirilməsi üzrə bankın daxili siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
-Qiymətləndirmə metodologiyalarının və daxili nəzarət mexanizmlərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
-Zərurət yarandıqda, girov qiymətləndirilməsi ilə bağlı audit və yoxlama proseslərində iştirak etmək.
Müraciət etmək istəyənlər CV-lərini cv@ziraatbank.az ünvanına “Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert” qeyd edərək göndərə bilərlər.



