“Smart Audit” MMC-ə İnsan Resursları departamentinin kiçik mütəxəssisi vakansiyası üzrə yeni əməkdaş axtarırıq.
Əsas vəzifələr:
· ƏMAS sistemində sənədləşmə işləri (işə qəbul, işdən çıxarılma, əməkhaqqı və vəzifə dəyişiklikləri və s.);
· Məzuniyyət və davamiyyət uçotu;
· Sosial məzuniyyət və müavinətlərin təşkili;
· HR komandamıza ümumi dəstək.
Namizəddən gözlədiklərimiz:
· Ali təhsil
· HR sahəsində 1 il təcrübə (üstünlükdür)
· Əmək qanunvericiliyi biliyi
· MS Office bacarığı
· Yaxşı səviyyədə Azərbaycan və İngilis dili
· Komanda ruhu və analitik düşüncə
Ünvan: Globus Center, 12-ci mərtəbə
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00
Əmək haqqı: 500–600 AZN
Müraciət üçün CV-ni “İnsan Resursları departamentinin kiçik mütəxəssisi” mövzusu ilə turana.asadova@smartaudit.az ünvanına göndərə bilərsiniz.