spot_img
HomeKaryeraVAKANSİYA: İnsan Resursları üzrə Aparıcı Mütəxəssis (İstehsalat üzrə)
spot_img

VAKANSİYA: İnsan Resursları üzrə Aparıcı Mütəxəssis (İstehsalat üzrə)

VAKANSİYA: İnsan Resursları üzrə Aparıcı Mütəxəssis (İstehsalat üzrə)
Şirkət: Azərpambıq ASK MMC
Əmək haqqı: 1200 – 1500 AZN

Vəzifə öhdəlikləri:

Bütün növ insan resursları əməliyyatlarının (əmr, sənədləşmə, məzuniyyət, ezamiyyət, intizam tənbehi, əmək müfəttişliyi və daxili audit sorğuları, məktublar, miqrasiya və s.) icrasında iştirak və nəzarət

Şirkətin siyasətinə uyğun insan resursları prosedurlarının təkmilləşdirilməsi və yeni vəzifə təlimatlarının hazırlanması

Ştat cədvəlinin tərtibi, ona uyğun əlavələrin və dəyişikliklərin tətbiqi

İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim olunması

Pambığın istehsalı, tədarükü və emalı üzrə zavod və məntəqələrin yerləşdiyi rayonlara ezam olunaraq kadrlarla işləyən müfəttiş və tabelçilərin fəaliyyətinə nəzarət və istiqamətləndirmə

Tələblər:

İqtisadiyyat və ya İnsan Resursları sahəsində ali təhsil

İstehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi

Sosial sığorta və təminat, miqrasiya qanunvericiliyinin əsaslarını bilmək

Əmək qanunvericiliyini mükəmməl bilmək

Yüksək səviyyədə MS Office bilikləri

1C 8.3 ERP proqram təminatında işləmək bacarığı

Planlaşdırma və analiz bacarığı, dəqiqlik, səbirlilik, punktuallıq

Detallara diqqət, nəticəyönümlülük və vaxtın düzgün idarə olunması

Yüksək ünsiyyət bacarığı, məsuliyyət, etibarlılıq və dürüstlük

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar