Vakansiyanın adı-Layihə Meneceri
Əmək funksiyaları:
· Layihənin tələblərinin müəyyənləşdirilməsi;
· Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
· Tikinti qanunvericiliyinə əsasən lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
· Layihənin inkişafı üçün yeni təkliflərin hazırlanması;
· Layihənin vaxtında və keyfiyyətlə tamamlanması;
· Layihələrin sonunda hesabatın hazırlanması.
Vəzifənin tutulması şərtləri:
· Ali təhsil;
· İş təcrübəsi: tikinti üzrə layihələrin idarəolunması üzrə 3 ildən az olmayaraq;
· Dil bilikləri: yüksək səviyyədə Azərbaycan dili və ingilis dili biliyi;
· Project Management Professional (PMP) üzrə sertifikat arzuolunandır;
· Güclü analitik və kommunikasiya bacarıqları;
· Məsuliyyətli və diqqətli olmaq.
İş barədə məlumat:
· İş yeri: Bakı şəhəri;
· Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
CV-nizi hr-cv-construction@hotmail.com elektron ünvana göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.