spot_img
HomeKaryeraXəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan assistenti vəzifəsinə vakansiya...
spot_img

Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan assistenti vəzifəsinə vakansiya elan edir.

 
Əsas vəzifələr:
 
Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir: 
Magistr və doktorant tələbələrin departamentlər ilə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək; 
Müvafiq qaydalara uyğun olaraq doktoranturaya və dissertanturaya qəbulun təşkilində iştirak etmək, sənədlərin qəbulunu həyata keçirmək; 
Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparmaq;
Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin hazırlanmasınında sənədləşdirmə işlərini həyata keçirmək: 
Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil etmək; 
Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin etmək; 
Magistr, doktorant və dissertant tələbələr ilə əlaqə saxlayaraq tələb edilən məlumatları vaxtında çatdırmaq; 
Magistr, doktorant və dissertant tələbələrdən tələb edilən sənədləri toplayıb bölmədə lazımi qaydada saxlanılmasını təmin etmək;
Bölməyə müəyyən sənədlərlə bağlı vaxtaşırı müraciət edən magistrant, doktorant və dissertantlarla işin təşkilini həyata keçirmək;
Təhsil müddəti bitmiş, doktorant və dissertantların çıxış əmrlərinin vaxtında hazırlanmasını həyata keçirmək;
İclas protokollarını hazırlamaq;
Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və vərdişlər
Fakültənin profilinə uyğun magistr dərəcəsi
İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları
Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları
Yaxşı kompüter vərdişləri (Microsoft Office)
Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları
Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı
Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti
Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.
Müraciət üçün tələb olunan sənədlər


·       Tərcümeyi hal (CV)
·       Müraciət məktubu
·       Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
İşə başlama tarixi:  10 aprel, 2026-cı il
Maraqlananlar  20 mart 2026-cı il tarixinə qədər greconomics@khazar.org mail ünvanına sənədlərini göndərə bilər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar