Xaricdə təhsil almaq üçün professorla əlaqə yaratmaq istəyirsiniz, lakin tələbləri bilmirsiniz? Bu yazıda “Magistratura və doktorantura təhsilinizdə elmi rəhbərlik üçün professorla necə əlaqə saxlamaq lazımdır?” mövzusu haqqında danışacağıq.
Effektiv emeyl yazma, tədqiqat rəhbərliyi, təqaüdlər və maliyyə dəstəyi üçün əsas şərtdir. Düzgün yazılmış emeyl sizə təhsiliniz üçün tam dəstək almaq şansı da yarada bilər (Magistratura və ya PhD təqaüdləri). Bir çox tələbələr bu tələbləri anlamır və buna görə də professorlardan cavab ala bilmir.
Mükəmməl email yazmaq sizi peşəkar və uyğun namizəd kimi təqdim etmək üçün böyük təsir göstərə bilər. Emailin quruluşu, açar sözlər və üslubu çox vacibdir.
Emeylinizdə müvafiq sahəyə marağınızı və bu mövqeyə uyğun keyfiyyətlərinizi tam olaraq açıqlayın. Üslub aydın, qısa və təkrarolunmaz olmalıdır. İnformasiya dəqiq, qısa və təkrardan uzaq olmalıdır. Professorla əlaqə qurmazdan əvvəl onun tədqiqat sahələrini araşdırıb emeylinizdə qeyd edin. Emeylin düzgün ifadə edildiyinə və imla səhvlərinin olmadığından əmin olun.
Tövsiyələr
1. Bir professora necə müraciət etməlisiniz?
Professorların iş qrafikləri sıx olduğundan, bəzən emaillərə cavab verməyi unuda bilərlər. Emailinizin mövzu xətti diqqətçəkici, məlumatverici və təsirli olmalıdır. Belə ifadələrdən istifadə edin: “Request for MS Supervision Spring 2023 or Spring 2024” or “Request for PhD Supervision”.
1-ci Paraqraf (Giriş)
Özünüzü qısa və aydın formada təqdim edin. Adınızı, təhsil aldığınız yeri və məqsədinizi qeyd edin. Professorun tədqiqat sahəsinə marağınızı ifadə edin və bu sahədə hansı bacarıqlarınızı inkişaf etdirmək istədiyinizi vurğulayın. Laboratoriya və ya tədqiqat qrupu ilə əməkdaşlıq etmək istəyinizi bildirin.
2-ci Paraqraf (Əsas Hissə)
Burada öz nailiyyətləriniz, təcrübələriniz və bacarıqlarınızdan danışın. Professorun tədqiqat sahəsi ilə bağlı araşdırmalar apararaq yazın. Məsələn, laboratoriyanın rəsmi veb-saytından professorun məqalələri, layihələri haqqında məlumat əldə edib emeyldə qeyd edə bilərsiniz. Texniki ifadələrdən, lazımsız terminlərdən çəkinin.
Son Paraqraf (Nəticə)
Professorun tədqiqat qrupunda işləmək istəyinizi vurğulayıb, mövzuya olan həvəsinizi bildirin. Özünüzü bu mövzuda işləmək üçün hazır hiss etdiyinizi ifadə edin.
Xülasə və Əlavələr
Emeyli peşəkar və nəzakətli şəkildə bitirin. CV və digər əlavə sənədlərdən bəhs edin. “Lazım olan məlumatları əldə etmək üçün mənimlə əlaqə saxlamaqdan çəkinməyin” kimi ifadələr istifadə edin.
Səhvlərin yoxlanılması
Emeyl göndərməzdən əvvəl onu diqqətlə yoxlayın. Bu, təqdimatınızın daha təsirli olmasını təmin edəcək.