Şirkət: Bilgin Academy Xaricdə Təhsil Mərkəzi
Yaş həddi: 20-35 yaş
Bilgin Academy komandası böyüyür! Xaricdə təhsil sahəsində karyera qurmaq istəyən, motivasiyalı və öyrənməyə həvəsli gəncləri komandamıza Təcrübəçi olaraq dəvət edirik.
Namizədlər üçün tələblər:
• Ali təhsil (bakalavr və ya magistr)
• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı
• Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
• Məsuliyyətli, məqsədyönlü və komandada işləmə bacarığı
• Analitik düşünmə və araşdırma qabiliyyəti
• İş təcrübəsi tələb olunmur – yeni məzunlar müraciət edə bilər
• Qeyd: Xanım namizədlərə üstünlük verilir
İş barədə məlumat:
• Xarici universitetlərlə əlaqələrin qurulması və genişləndirilməsi
• Tələbələrin müraciət və qəbul proseslərinin idarə olunması
• Sosial media platformalarında aktiv fəaliyyət (video çıxışlar da daxil)
• Yeni tələbə müraciətlərinin cəlb olunması və zənglərin cavablandırılması
📌 Qeyd: Təcrübə müddətində sizə bütün iş prosedurları izah ediləcək və praktiki şəkildə öyrədiləcək. Təcrübə dövründə əmək haqqı verilir. Sınaq müddətini uğurla tamamlayan şəxslərlə daimi əmək müqaviləsi bağlanacaq.
🕘 İş qrafiki:
• Bazar ertəsi – Cümə: 10:00 – 19:00
• Şənbə: 10:00 – 17:00
Komandamızla bərabər çalışmaq istəyənlər şəkilli CV-nizi “Xaricdə Təhsil üzrə Təcrübəçi” başlığı ilə info@bilginacademy.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.