Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edir.
“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər və təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.
17 yanvar 2025-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nin ikinci yarımilinə qeydiyyatdan keçmək mümkündür. İkinci yarımil üzrə dərslərin 25 yanvar 2025-ci il tarixində başlaması nəzərdə tutulub.
Keçid: 🔗 https://lnkd.in/ecmaNWna
Daha ətraflı: ➡️ https://anadili.agma.az/ və linktr.ee/anadili
Xaricdə yaşayan azərbaycanlılar üçün əla fürsət!
OXŞAR POSTLAR