spot_img
HomeBloqXaricdə Magistratura Təhsili: Doğru Proqramı Necə Seçməli?
spot_img

Xaricdə Magistratura Təhsili: Doğru Proqramı Necə Seçməli?

Xarici ölkədə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün ən vacib məsələlərdən biri doğru proqram seçiminin edilməsi və hansı sahəyə yönələcəyinizə qərar verməkdir. Əksər tələbələr akademik karyera qurmaq istəyir və həmin sahədə təhsillərini davam etdirmək məqsədi ilə magistratura təhsili almaq qərarına gəlirlər. Lakin bəziləri, daha yüksək maaş qazanmaq və daha yüksək vəzifəyə sahib olmaq üçün bu addımı atmaq istəyir. Məsələn, moda, səhiyyə, media, maliyyə kimi sahələrdə təhsil alan tələbələr MBA təhsili alaraq idarəetmə və rəhbərlik sahələrində fəaliyyət göstərməyi seçirlər.

Xarici ölkədə magistratura proqramlarını seçmək üçün düzgün addımları atmaq, həm akademik, həm də kariyer hədəflərinizi dəstəkləyən bir seçim etməyiniz üçün çox önəmlidir. Aşağıda magistratura proqramını seçərkən izlənilməsi gərəkən əsas addımları təqdim edirəm:

  1. Məqsəd və hədəflərinizi müəyyən edin.
  • Hər şeydən əvvəl, magistratura proqramını seçərkən nə əldə etmək istədiyinizi müəyyənləşdirin.
  • Akademik hədəfləriniz, kariyera məqsədləriniztəhsilinizin gələcəkdəki təsiri barədə düşünün.
  • Hər hansı bir sahədə daha da ixtisaslaşmaq istəyirsiniz, yoxsa geniş bir mövzuda ümumi təhsil almaq istəyirsiniz?
  1. Ən uyğun proqramı tapın.
  • Seçdiyiniz sahə üzrə kursların məzmununu, mövzu və tədqiqat imkanlarını, praktik təcrübə imkanımüəllim heyətini diqqətlə araşdırın.
  • Əgər iş təcrübəsi və ya tədqiqat yönümlü bir sahədə təhsil almaq istəyirsinizsə, research master və ya taught master proqramlarını araşdırın.
  1. Universitetləri Araşdırın.
  • Seçdiyiniz sahədə ixtisaslaşmış keyfiyyətli təhsil verən universitetləri araşdırın.
  • Universitetin reytinqini, müəllim heyətinin keyfiyyətini, tələbə dəstəyinimövcud tədris resurslarını nəzərdən keçirin.
  • Burada yüksək məzuniyyət faizi və universitetin qlobal əlaqələri də önəmlidir.
  1. Proqramın tələblərini yoxlayın.
  • Hər bir proqramın qəbul tələbləri fərqlidir. Müəyyən GPA, test nəticələri (GMAT/GRE), təcrübə şərtləriCV/niyyət məktubu kimi sənədləri tələb edirlər.
  • İngilis dili biliyi (IELTS, TOEFL) kimi tələbləri də öncədən hazırlayın.
  1. Maliyyə resurslarını planlayın.
  • Təhsil haqqıyaşayış xərcləri böyük bir maliyyə yükü ola bilər, buna görə də xarici ölkədə təhsil almaq üçün maliyyə imkanlarını planlaşdırın.
  • Təqaüd imkanlarıişləmək üçün viza tələbləri haqqında məlumat toplayın.
  • Yalnız təhsil haqları deyil, eyni zamanda yaşayış xərcləri, səyahət xərclərisosial təminatlar barədə də plan qurun.
  1. Magistratura proqramlarının müddətini dəyərləndirin.
  • Tədris müddətini nəzərə alın. Taught Master (kurs əsaslı) proqramları adətən 1-2 il davam edir, Research Master (tədqiqat əsaslı) proqramları isə bir qədər daha uzun müddət ala bilər.
  • Proqramın fasiləsiz və ya yarımçıq tədris olub-olmadığını öyrənin.
  1. Tələbə və karyera dəstəyi.
  • Universitetlərin tələbələr üçün təqdim etdiyi sosial dəstəkkaryera xidmətləri barədə məlumat əldə edin.
  • Təhsilinizin sonunda iş tapmaqpeşəkar şəbəkələrə qoşulmaq imkanlarını nəzərdən keçirin.
  1. Şəhər və yaşayış mühiti.
  • Universitetin yerləşdiyi şəhər barədə də məlumat toplayın. Yaşayış şərtləri, həyat keyfiyyəti, təhlükəsizlik və mədəniyyət həyatının uyğunluğu çox vacibdir.
  • Şəhərin yaşayış xərcləritəhsil müddətində digər məişət xərcləri də seçimdə mühüm rol oynayır.
  1. Təhsil sisteminə baxın.
  • Təhsil sisteminin necə işlədiyini öyrənin: Semestr əsaslı təhsil, modul sistemi, proyekt əsaslı dərslər və s.
  • Dərs məzmununun praktik tətbiqielmi araşdırmalarla bağlı iş imkanları çox əhəmiyyətlidir.
  1. Beynəlxalq təcrübə və mədəni fərqlər.
  • Xarici ölkədə təhsil almaq, yeni mədəniyyətlər və təcrübələr qazanmaq imkanı yaradır. Həmçinin, beynəlxalq şəbəkə qurmağınıza da kömək edir.

Bu addımları izləyərək, doğru bir magistratura proqramı seçə bilərsiniz. Doğru proqram seçimi həm akademik inkişafınıza, həm də gələcək karyeranıza təsir edən önəmli bir fatkordur.

Aysel Nağıyeva
Aysel Nağıyeva
Mənim üçün təhsil inkişaf və dəyişikliklərin açarıdır. Bu blog vasitəsilə öz təcrübələrimi sizinlə bölüşürəm.Məqsədim təhsil sevərlər üçün faydalı məlumatlar paylaşmaqdır.
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar