Tələblər:
-Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası, Keyfiyyətə Nəzarət, Kimya, Biologiya);
– Rus dili və İngilis dili ( ən azı bir dil B1 səviyyəsində );
– İSO 22000 və İSO 9001 üzrə sertifikatların olması üstünlükdür;
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olması arzuolunandır;
– MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
– Kommunikasiya, Planlama və təşkilatçılıq, Komanda ilə işləmə, Qərarvermə, Konfliktlərin idarə edilməsi;
– İSO 9001 və İSO 22000 standartları üzrə nəzəri və praktiki biliklər;
– Kimya və Biologiya sahəsi üzrə nəzəri biliklər.
Vəzifə öhdəlikləri:
– Şirkətdə inteqrə edilmiş idarəetmə sisteminin (İSO standartları, BRS, FSSC və s.) tətbiqində iştirak etmək;
– Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;
– Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;
– Məhsulların daşınma nəqliyyatlarının gigiyenik vəziyyətinə və daşınan məhsullara və məhsulların anbara girişinə, saxlanılmasına nəzarət etmək;
– İstehsal, qeyri-istehsal və anbar sahələrinin, personalların sanitar gigiyenik vəziyyətinə nəzarət etmək;
– Məhsulların, təsdiqlənmiş plana uyğun analiz olunmasını təşkil etmək;
– PEST control işlərinə nəzarət etmək;
– Fəaliyyəti ilə bağlı günlük, aylıq və rüblük hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək;
– Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müəyyən olunmuş tədbirlərin icrası və effektivliyinə nəzarət etmək.
Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Vacancy@xoncha.com.az elektron poçt ünvanına göndərə bilərlər.