Milli Genetika İnstitutu (NIG) bakalavr və magistratura tələbələrini genetika və həyat elmləri sahələri üzrə təcrübə toplamaq üçün təcrübə proqramına qoşulmağa dəvət edir. Təcrübə çərçivəsində tələbələr NIG-in ev sahibi tədqiqatçısının rəhbərliyi altında mühstəqil araşdırmalar aparacaqlar.
Proqram haqdında:
Proqramda aşağıdakı fəaliyyətlər olacaqdır
- Elmi tədqiqat və elmi kommunikasiyalar üzrə təlim.
- Fərdi principal tədqiqatçılarla müzakirələr üzrə laboratoriya ziyarətləri.
- Proqramın sonunda “NIG-INTERN Hesabat Simpoziumu”nda təqdimat.
- Proqramı uğurlu tamamlayan tələbələrə sertifikat təqdim edilir.
Tələb olunan təhsil səviyyəsi:
Proqrama müraciət edə bilərlər:
- 4 illik bakalavr proqramının 3-cü ilində olan tələbələr.
- 3 illik bakalavr proqramının 2-ci ilində olan tələbələr.
- 5 illik proqramın 4-cü ilində olan tələbələr.
- 2 illik magistratura proqramının 1-ci ilində olan tələbələr.
- 6 illik proqramın 5-ci ilində olan tələbələr.
Proqramın tarixi:
- Təcrübə müddəti: 13 iyun – 24 iyul 2025.
- Qeyd: Sadəcə təyin edilmiş tarixlər çərçivəsində xərc ödənilir.
Maliyyə dəstəyi:
- Gediş-dönüş aviabileti
- Yaponiyada hava limanından NIG-ə gediş-dönüş nəqliyyat xərcləri.
- NIG qonaq evində qalma xərcləri.
- Proqram boyunca səyahət sığortası.
Qeyd: Yaşam və digər xərclər təcrübəçi tərəfindən ödəniləcək.
Müraciət tarixləri:
- Online sistemin açılışı: 6 dekabr 2024.
- Online sistemin bağlanışı: 6 yanvar 2025 (Yaponiya vaxtı ilə, saat 12:00).
Müraciət formaları sadəcə online sistem vasitəsilə qəbul edilir. Proqramla maraqlanan tələbələr “Müraciət qaydaları” hissəsini diqqətlə oxumalı və qaydalara riayət etməlidir.