spot_img
HomeElan və XəbərlərYaradıcı Sənayelər üçün Media Məktəbi
spot_img

Yaradıcı Sənayelər üçün Media Məktəbi

Yaradıcı Mərkəz və Azad Mirzəcanzadə inkişaf proqramı əməkdaşlığı çərçivəsində yaradıcı sənayelərdə jurnalistika bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün 2 aylıq intensiv Media Məktəbə start verilir.
Məqsəd:
Media məktəbin əsas məqsədi gənc jurnalistləri, yaradıcı sənayelərə maraq göstərən bloqerləri, həmçinin bu sahədə müştərilərə xidmət göstərən marketinq və PR mütəxəssislərini beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmalarla tanış etmək, onları həm nəzəri, həm də praktiki biliklərlə təmin etmək və portfoliolu peşəkar mütəxəssislərə çevirməkdir.


Proqram çərçivəsində:

  • Yaradıcı sənayelərə giriş (film, musiqi, moda, oyun və s.)
  • Storytelling və narrativ texnikalar
  • Müsahibə bacarıqları (video və podkast formatı)
  • Trendlər, data və rəqəmsal jurnalistika
  • Praktiki layihə və final təqdimatlar

Proqramı uğurla tamamlayan iştirakçılar proqramdan rəsmi sertifikat əldə edəcəklər.
İştirakçı sayı: 20 nəfər (məhdud)
Son qeydiyyat tarixi: 15.10.2025 saat 18:00
Əgər Siz də yaradıcı sənayelərdə peşəkar inkişaf yolunu seçmək istəyirsinizsə, bu proqram məhz Sizin üçündür!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar